AZ EN RU

A-Hub Akselerasiya Proqramının iştirakçıları üçün Şuşada gəzinti təşkil edilib

Şuşada A-Hub Akselerasiya Proqramının iştirakçıları və qalibləri üçün gəzinti təşkil edilib.

Müxtəlif ölkələrdən gələn qonaqlar Şuşadakı bərpa və tikinti-quruculuq prosesi ilə tanış olublar.

Onlar Şuşanın tarixi əhəmiyyəti, eləcə də ermənilərin işğal dövründə şəhərə vurduğu ziyan barədə məlumatlandırılıblar.

Qeyd edək ki, A-Hub Akselerasiya Proqramının dünya finalında 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox innovativ komanda iştirak edib.

Bu innovatorlar öz ideyalarını nümayiş etdirib və 30 min dollar mükafat fondu uğrunda yarışıblar.

Yarışın nəticəsinə əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill" (Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III, "Caredify" (Tunis) komandası IV yerə layiq görülüb.

Nəşr edilib : 04.06.2024 14:16