AZ EN RU

“9 noyabr Bayraq Günü” ilə əlaqədar tədbir keçirilib

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində Heydər Parkında “9 noyabr Azərbaycan Respublikasının Bayraq Günü”dür mövzusunda keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Naxçıvan Muxtar Respublikası Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Tahir Əlirzayev çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il       17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edildiyini, Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, vətən qayğısına, millət duyğusuna çevrildiyini qeyd edilib və noyabr ayında həm “Zəfər Günü”, həm “Bayraq Günü”, həm də “Konstitusiya Günü” olmaqla bayram sevincinin bir -birinə qarışdığı vurğulanıb.
Daha sonra  şagirdlərin ifasında şeirlər qiraət edilib, musiqilər və rəqs nümunələri ifa olunub.

 

 

Nəşr edilib : 09.11.2023 15:01