AZ EN RU

8 Noyabr - Zəfər Günü qeyd olunub

        Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibət ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində tədbir keçirilib.

       Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, birinci və ikinci Qarabağ müharibələrində canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Xidmətin rəisi Müslüm Cabbarzadə tədbiri giriş sözü ilə açaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində qazanılan,düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən möhtəşəm qələbə, işğaldan azad edilən torpaqlarımızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün əbədi olaraq bərpası və bu ilin sentyabrında cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə bağlı əsas məqamlara toxunub. Qeyd olunub ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevindüşünülmüş məqsədyönlü addımları xalqımızın haqlı mübarizəsini möhtəşəm Qələbə ilə başa çatdırdı. Bu gün işğaldan azad olunan torpaqlarımız geniş quruculuq meydanına çevrilib.

       Naxçıvan DövlətUniversitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev çıxış edərək hər gününün şanlı tariximiz olan 44 günlük Vətən müharibəsindən danışıb. Tarixçi, alim çıxışı zamanı Azərbaycan Respublikasının tarixin ən qədim dövrlərindən bu günədək üzləşdiyi çətinlikləri tarixi faktlarla təhlil edib. Bu ilin ölkəmiz üçün əlamətdar olduğunu vurğulayan Arzu Abdullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilinin, cənab Prezidentimiz İlham Əliyevin Prezident seçilməsinin 20 ilinin tamam olmasına və Şanlı Zəfər Tariximizdən 3 il keçməsinə diqqət çəkib. Qeyd olunub ki, son 20 ildə qazanılan nailiyyətlər, ulu öndər Heydər Əliyevin müstəqillik ideyalarına sadiqlik, düşmən üzərində qazanılan böyük qələbələr, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası onu deməyə əsas verir ki, ölkə Prezidenti cənab İlham Əliyev qarşıya qoyduğu strateji hədəflərə nail olmaq üçün düşünülmüş uğurlu daxili və xarici siyasət həyata keçirərək Azərbaycanın gücünü bir daha dünyaya sübut etdi.

       Xidmətin Sədərək Rayon Şöbəsinin əməkdaşı, Şəhid İsmayıl Vəliyevin qardaşı İbrahim Vəliyev “Vətən müharibəsi qəhrəmanlıq salnaməmizdir” mövzusunda çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu döyüş əməliyyatları aparan qalib Azərbaycan Ordusunun və 5 noyabr tarixində Şuşa istiqamətində gedən döyüşlərdəşəhidlik zirvəsinə yüksələn tank komandiri baş leytenant İsmayıl Vəliyevin rəşadətindən, döyüş yolundan bəhs edib. Bildirib ki, Vətənin bütövlüyü uğrundacanlarından keçən şəhidlərin, qəhrəman oğullarımızın sayəsində ucalan zəfər bayrağımızəbədi dalğalanacaq.

      Tədbirin sonunda ikinci qarabağ müharibəsindən bəhs edən “Zəfər Meydanı” adlı sənədli filmə baxış olub.

 

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri

 üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 07.11.2023 13:15