AZ EN RU

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində sağlamlıq imkanları məhdud qadınlarla görüş keçirilib

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə dünən 20 nəfər görmə qabiliyyətindən məhrum qadının evində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilmişdir. 
    Görüşdə təşkilatçılar bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına göstərilən dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir. Bu gün dövlət başçısı cənab İlham Əliyev bu kateqoriyaya aid insanların ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şəraitin yaradılmasına diqqət yetirir. Ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da onların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Məhdud fiziki imkanlı şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərə göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi yüksəldilir, sağlamlıq imkanları məhdud olan şəxslərə müvafiq təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Müvafiq kateqoriyadan olan qadınlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2023-cü il 6 mart tarixdə Sədərək rayonunun Dəmirçi kəndində yaşayan çoxuşaqlı Cabbarovlar ailəsinə də baş çəkilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
mətbuat xidməti

 

Nəşr edilib : 06.03.2023 20:31