AZ EN RU

7-ci tura yekun vurulub

    Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində keçirilən şahmat üzrə “Naxçıvan Premium Turniri-2”də 7-ci turun oyunları başa çatıb.
    Beynəlxalq usta Pərviz Qasımov (2359) bu turu da qələbə ilə başa vurub. O, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyevlə (2353) görüşdə ağ-qara taxtanı qalib kimi tərk edib. Beynəlxalq usta Toğrul Həsənzadə (2293) də eyni uğuru İlkin Qəbulovu (1602) məğlub etməklə qazanıb. Bu turda Sadiq Qarayevi (2126) sınağa çəkən beynəlxalq usta Talıb Babayev (2258) aktivinə daha bir xal yazdırıb. FIDE ustası Sadiq Məmmədov (2177) isə Nazlı Hümbətovadan (1629) üstün olub. 7-ci turda FIDE ustası Nəsrin Babayeva (2071) Ayxan Əliyevi (1983), Seyid Hüseyn (2098) Rza Həsənlini (1582) məğlubiyyətə uğradıb.
    7 turdan sonra turnir cədvəlinə 5,5 xalla Talıb Babayev, Sadiq Məmmədov və Pərviz Qasımov başçılıq edirlər.
    8-ci turda aşağıdakı görüşlər keçiriləcək:


    Talıb Babayev - Toğrul Həsənzadə
    Ayxan Əliyev - İlkin Qəbulov  
    Sadiq Qarayev - Pərviz Qasımov
    Nazlı Hümbətova - Nəsrin Babayeva 
    Seyid Hüseyn - Sadiq Məmmədov 
    Urfan Sevdimalıyev - Rza Həsənli 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.01.2022 21:48