AZ EN RU

654 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub

Sosial müavinət və təqaüd sahəsində ümumi qaydada yaşa, əlilliyə görə, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə aylıq sosial müavinətlərin təyin edilməsi, həmçinin bir sıra təqaüdlərin təyinatları proaktiv qaydada həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə bu istiqamətdə yanvar ayında 654 şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.02.2024 21:20