AZ EN RU

620 nəfər əlilliyi müəyyən olunmuş şəxsə ümumilikdə 72.900 manat birdəfəlik maddi yardım verilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə sosial-məişət problemlərinin həlli və müalicələrinə köməklik göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə 620 nəfər əlilliyi müəyyən olunmuş şəxsə birdəfəlik maddi yardım verilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən müvafiq kateqoriyadan olan 105 nəfərin hər birinə 200 manat , 514 nəfərin hər birinə 100 manat,1 nəfərə isə 500 manat olmaqla, ümumilikdə 72.900 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi təmin edilib.

Nəşr edilib : 31.05.2023 18:34