AZ EN RU

62 yaşlı pəhləvan Naxçıvanda qatar dartıb

    Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tanınmış Azərbaycan pəhləvanı Əliyar Musayevin pəhləvanlıq proqramı nümayiş olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dəmiryol Vağzalının dəstəyi ilə keçirilən tədbirdə xalq pəhləvanı ümumi çəkisi 50 tona yaxın 2 qatar vaqonunu çeçələ barmaqları ilə dartmaqla missiyasını uğurla həyata keçirib. Bundan əlavə, pəhləvan müxtəlif güc hərəkətləri ilə çıxış edib.
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov gənclərin sağlam həyat tərzinə təşviqi baxımından pəhləvanın xidmətlərini yüksək qiymətləndirib, ona təşəkkürünü ifadə edib. Nazir müavini Əliyar Musayevə fəxri fərman və hədiyyə təqdim edib.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 16.11.2023 18:06