AZ EN RU

60 gənc Qubada təşkil olunan düşərgəyə qatılıb

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba rayonu ərazisində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Hərbi simulyativ formatda olan layihəyə əsasən ölkənin müxtəlif regionlarından olan gənclərin iştirakı ilə 3 gün müddətində müxtəlif təlimlər, idman yarışları, nəzəri və praktiki tapşırıqların icrası, Vətən müharibəsi iştirakçıları ilə görüşlər və digər tədbirlər nəzərdə tutulub.
    Öncəki ölkə miqyaslı düşərgələrdən fərqli olaraq muxtar respublikamız ilk dəfə rekord heyətlə təmsil olunur. Belə ki, düşərgəyə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 3 nümayəndəsi və 60 gəncimiz qatılıb.
    Proqrama uyğun olaraq iştirakçılar bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını, o cümlədən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını ifadə ediblər. Axşam radələrində düşərgənin yerləşdiyi ərazidə rəsmi açılış mərasimi təşkil olunacaq.

 Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.12.2023 19:13