AZ EN RU

596 vətəndaşın müraciətinə baxılıb

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov 09.01.2024 – 15.01.2024 tarixləri arasında muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində həyata keçirdiyi vətəndaş qəbullarında 596 vətəndaşın müraciətinə baxılıb. Qəbullarda nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib. Əsas müraciətlər  müayinə, müalicə, dərman təminatı, işlə təmin olunma və ya iş yerinin dəyişməsi, əlillik verilməsi və digər mövzuları əhatə edib. Bütün müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 16.01.2024 15:21