AZ EN RU

5 ahıl vətəndaşa, 24 uşağa hədiyyələr təqdim olunub

Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə Şahbuz Ahıllar Evində və Ordubad şəhər M.Füzuli adına tam orta İnternat Məktəbində tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə komitə tərəfindən həmin tədbirlərdə 5 ahıl vətəndaşa və 24 uşağa hədiyyələr təqdim olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.01.2024 17:35