AZ EN RU

4 Fevral Ümumdünya Xərçənglə Mübarizə günüdür

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin dərc etdiyi hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 9,7 milyon insan xərçəng səbəbiylə ölüb.

“Şərq qapısı” xəbər verir ki, hesabatda 2050-ci ildə xərçəngə yoluxma hallarının 77 faiz artacağı qeyd olunub.
Dünyada ən çox yayılmış xərçəng növləri ağciyər, döş və kolorektal xəstəliklər olub. 
Bədənin demək olar ki, hər bir orqanında anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə başlayan və digər orqanlara yayılan böyük bir xəstəlik qrupu olaraq təyin olunan xərçəng, dünyada ən öldürücü ikinci xəstəlik olaraq bilinir.

Nəşr edilib : 04.02.2024 10:38