AZ EN RU

3x3 basketbol üzrə ilk muxtar respublika birinciliyi

    Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyi və Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə gənclərdən ibarət komandalar arasında muxtar respublika birinciliyi keçirilib.  Yarışa 8 komanda qatılıb. Naxçıvan şəhərindəki “Gənclər şəhərciyi” yaşayış kompleksinin basketbol meydançasında reallaşan oyunlarda komandalar pley-of əsasında mübarizə aparıblar. 
    Nəticələrə əsasən “Ordubad” komandası ilk muxtar respublika birincisi olub. “Lokomotiv” ikinci, “Zəfər” isə üçüncü yerlərə sahib çıxıblar. İlk üçlükdəki komandalara diplom və hədiyyələr təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.09.2022 20:22