AZ EN RU

35 illik boşanma davasının acı sonu: “davay do svidaniya”

    Son günlərə öz damğasını vuran Brüssel və Moskva görüşlərinin nəticələri onsuz da ikiyə bölünmüş məğlub hayların arasındakı çaxnaşmanı daha da dərinləşdirib. Xankəndidəki baş cinayətkar Arayikin və Ermənistan baş nazirinin Moskvadakı bədbin notlarla dolu açıqlamalarını gördükdə separatçıların 35 il əvvəl, 1988-ci ildə başlatdıqları Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək kimi bədnam “miatsum” ərazi iddiaları bir daha yada düşür. Bu mənada, artıq Qarabağ münaqişəsinin tarixə gömüldüyü və bölgədə kommunikasiyaların açılması zərurəti müzakirə olunduğu bir zamanda bütün Cənubi Qafqazın inkişafını ən azı əlli il geriyə salmış erməni separatizminin və ya başqa dillə desək, onları məğlub vəziyyətə gətirib çıxaran bu sərsəm “boşanma davası”nın tarixçəsini haylara bir daha xatırlatmaq yerinə düşərdi. 

    Tarixən heç bir zaman bir yerə toplana bilməyib, dövlət qurmağı bacarmayan ermənilərin separatizm həvəsi hələ keçmiş SSRİ-nin guruldayan vaxtlarında belə olsa da, bu bədnam istək zaman-zaman onların qursağındaca çürüyüb qalıb. 1965-ci ildə İrəvanda instinkt əmri ilə küçəyə axışan çoxsaylı erməninin iştirakı ilə keçirilən və odövrkü dəmir rejimli Moskvanın bir əmri qısa müddətdə dağıdılan antitürk mitinq hələ o dövrdə bu bədbəxt millətin xəstəliyinin heç də ambulator müalicə ilə sağalmayacağı diaqnozu qoyurdu. Qardaş Türkiyədən torpaq iddiası ilə meydanlara çıxmış həmin “yanlar” o zaman Sovet dövlətindən ciddi bir kötək yesələr də, zaman keçdikcə erməni şüuraltında bunun bir yolunun tapılması üçün yeni bir günün gəlməsi fürsəti axtarılırdı. Ancaq qısa bir müddət sonra, yəni 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə təyin olunması ilə bu bədnam planlar ən azı 15 il də təxirə salındı. Ta ki yeni dövr erməni şovinisti Balayanın 1981-ci ildə erməni dilində İrəvanda, 1984-cü ildə isə rus dilində Moskvada çap etdirdiyi “Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsinə qədər. Daha sonrası isə hər kəsə bəllidir: o dövrdə ermənilərə işləyən sovetlərin baş keçəl məddahı Qorbaçovun onları necə dəstəkləməsi, Qərbi azərbaycanlıların öz doğma torpaqlarından qovulması, 1988-ci ildə Qarabağda separatçıların Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün başlatdıqları mitinqlər, həmin ilin fevralında iki azərbaycanlı gəncin qətlə yetirilməsi ilə başlanan qanlı hadisələr və rəsmi İrəvanın münaqişə tərəfi kimi Xankəndini Azərbaycanla üz-üzə qoymaq cəhdləri yaxşı yadımızdadır. Şübhəsiz, indi bütün bunları bizdən də yaxşı yada salan bugünkü Qarabağ erməniləri Paşinyanın Brüssel bəyanatından sonra artıq Ermənistanla olan “qısa evlilikdən” rəsmən “boşanmış” hesab oluna bilərlər. Buna görə də indi artıq Laçındakı nəzarət-buraxılış məntəqəsindəki Azərbaycan sərhədçisinə sənədlərini təqdim edib keçən ermənilər bu gün həmin o lənətə gəlmiş erməni ideoloqlarına, onların bədnam kitablarına, separatizmi dəstəkləmiş erməni lobbisinə, əlinə avtomat silah alan keşişlərinə eyni dərəcədə hayları dünyada rəzil etmiş unitaz daşıyan Sarkis qədər nifrət edirlər. Görəsən haylar bir zamanlar başlatdıqları separatizmin sonunun belə bitəcəyini, hər iki tərəfdən on minlərlə insanı məhv edəcək bu qanlı münaqişənin səbəbkarı kimi damğalanacaqlarını, iri dövlətlərin əlində siyasət aləti kimi danışan kuklaya dönəcəklərini bilsəydilər bunu başladardılarmı? Yoxsa, doğrudan da, Qarabağı Ermənistana birləşdirmək istəyən ozamankı separatistlər xəritədə Laçın və Kəlbəcər kimi geniş əraziləri görməyəcək dərəcədə kor olublar? Ya, doğrudan da, bu insanların hamısında idman yarışındakı qızın əlindən bayraq qapıb qaçan erməni kimi bir meymun şüuru vardır? Kim bilir?! Amma onu deyə bilərəm ki, hazırkı ermənilərin ən ağıllısı sayılan Paşinyan belə gedərsə, öz millətinin sonunu yaxşı gördüyü üçün haqlı olaraq Qarabağ ermənilərinə də bu sözləri deyib: “davay do svidaniya!”
    Kəlmənin rus dilində işlənməsi bir təsadüf olsa da, bu məncə, bundan sonrakı fikirlərimizə daha da dəstək olacaq. Belə ki, kolorit baxımından o qədər də zəngin olmayan rus dilindəki ən mədəni “çıx get!” ifadəsi bu yolla təkcə artıq heç kimə lazım olmayan Qarabağ separatçılarına deyil, həmçinin Ermənistanın üzv olduğu KTMT-yə, bu ölkədəki Rusiya hərbi bazasına və digər rus varlığına da ünvanlanıb. Lakin o da var ki, Rusiyanın bu ölkəni illərboyu forpostuna çevirməsindən, onun strateji müəssisələrinin tam sahibi olmasından, onunla istədiyi dildə danışmasından bezən Ermənistanın isə ondan “boşanması” heç də asan olmayacaq. Baxmayaraq ki, bu gün hələ də Rusiya azadlıqsevər Ukraynanın geniş bataqlıqlarında ilişib qalmaqda, beynəlxalq təzyiqlərə rəğmən rus xalqı işğalçılığa qarşı səs çıxarmamaqla öz tarixini ləkələməkdə davam edir, ancaq bu, Ermənistanın asan şəkildə Rusiyanın pəncəsindən qopub müstəqil olmaq xəyallarına qovuşması demək deyildir. Belarusu faktiki olaraq bir vilayəti kimi istiqamətləndirən Rusiya işğal olunmuş Ukrayna torpaqları ilə yanaşı, hələ də həllini tapmamış Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi separatist qurumların birbaşa hamisi olaraq Ermənistanı da nəzarətdə saxlamaq, eləcə də Orta Asiya respublikalarında qızışdıra biləcəyi separatist ocaqları zaman-zaman gündəmə gətirməklə, sadəcə, öz varlığını qorumaq istəyir. Ancaq zaman artıq həmin 30-35 il əvvəlki zaman deyildir. Artıq Qarabağdan işğalçı Ermənistanın qovulması ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə yaranan yeni bir mərhələ Rusiya dəstəkli bütün separatist ünsürlərin də zamanla məhv olacağı tarixi daha da yaxınlaşdırır. 
    Bəli, bu gün Qarabağ ermənilərinin səsi özlərinin qazdığı quyunun ta dibindən gəlir. Azərbaycanın reinteqrasiya təkliflərinə “hə” deməyə üzləri olmayan haylar bütün dünyanın onlardan üz çevirdiyini hər keçən gün daha yaxşı anlayırlar. Bir zamanlar işğal etdikləri torpaqlarda əsl vəhşi həyatı keçirib, xalqımıza məxsus sərvətləri talan edəndə səsləri çıxmayan ermənilər yeni formalaşan dünya düzənində onlara yer olmayacağından bərk təşvişə düşüblər. Bu təşvişdən tələm-tələsik özünə “yeni evlilik” axtaran ermənilərə isə artıq bizim cəmiyyətdə qətiyyən yer olmayacaq. Çünki hər cür çirkin işlərlə bərabər, evlilik diplomatiyası ilə qızlarını digər xalqların içinə sızdırmış ermənilərin, onların nəvə-nəticələrinin iç üzü açıldıqca insanlar kimin dost, kimin düşmən olduğunu yaxşı biləcəklər. 

Əli CABBAROV

Nəşr edilib : 02.06.2023 20:03