AZ EN RU

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Zaman" adlı onlayn sərgi təşkil edilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Zaman" adlı onlayn sərgi təşkil edib. Sərgidə ümumi olaraq 26 rəssam iştirak edir. 

Onlayn sərginin əsas məzmunu soyqırımları, müharibələri, qəhrəmanlarımızın şücaətini zaman-zaman öz tablolarında əks etdirən rəssamların əsərlərini təqdim etməkdir. Sərgidə düşmən vandalizmini əsərlərində əks etdirən Bəhruz Kəngərlinin, döyüşçü rəssam İbrahim Safinin, Mehdi Hüseynzadənin, Zəfər xəbərini eşitmədən dünyasını dəyişən rəssamlarımızın əsərləri ilə yanaşı, müasir rəssamların da əsərləri yer alıb.

Nəşr edilib : 31.03.2024 10:48