AZ EN RU

31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm sərgisi açılıb. 
    Sərgidə  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar  rəssamı Ülviyyə Həmzəyeva 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə məlumat verib. 
    Vurğulanıb ki, 44 gün ərzində başa çatan II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu işğalçı, vandal Ermənistanın  yüz illər ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək böyük Tarixi  Qələbə  əldə etdi.
    Daha sonra şəhid Bağır Ələkbərov və İsmayıl Vəliyevin portretləri yaxınlarına təqdim edilib. 
    Məlumat üçün bildirək ki, 1 həftə davam edəcək sərgidə 15 rəssamın 28 əsəri nümayiş etdirilir. 

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 31.03.2023 21:11