AZ EN RU

28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhərin idarə və təşkilatlarının rəsmi şəxsləri iştirak ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Gülxanım Orucova çıxış edərək bildirib ki, Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıyır. Ancaq təəssüflər olsun ki, Cümhuriyyətin mövcudluğu uzun sürmədi, cəmi 23 ay yaşadı. 
Bu gün qürurla deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.
Qeyd edilib ki, xalqımız 2020-ci ildən bu yana bütün bayram və əlamətdar günlərini xüsusi coşqu və təntənə ilə qeyd edir. Xalqımız əmindir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasəti nəticəsində Azərbaycan nailiyyətlər qazanmaqda davam edəcək.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Rüstəmova çıxışlarında Azərbaycanın müstəqillik tarixindən danışıblar, xalqımızın bu yolda çəkdiyi böyük zəhmətlərin sonunda öz hədəflərinə çatdığını qeyd ediblər. Vurğulanıb ki, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan indi müstəqilliyinin ən gözəl günlərini yaşayır və uğurlar hələ irəlidədir.
Sonda 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Nəşr edilib : 27.05.2024 23:12