AZ EN RU

27-31 yanvarda məktəblərdə qış tətili olacaq

Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 5 gün qış (27-31 yanvar) tətili müəyyən edilib.

Qeyd edirik ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Nəşr edilib : 13.01.2023 17:08