AZ EN RU

22 aprel-Beynəlxalq Yer Günü ağacəkmə aksiyası ilə qeyd edilib

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə aksiyası Şahbuz rayonunun Biçənək kəndində yerləşən Biçənək meşəsində həyata keçirilib.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşlarının və ekokönüllərin iştirakı ilə keçirilən aksiyada torpaq-iqlim şəraitinə uyğun ağaclar, eyni zamanda muxtar respublikada ilk dəfə sınaq məqsədilə Nazirliyin toxmacarlıq sahələrində yetişdirilən şabalıd tingləri əkilib.
Eyni gündə Nazirliyin və aidiyyəti tabeli qurumların əməkdaşlarının iştirakı ilə Batabat ərazisində meşəbərpa işlərinin aparılması üçün torpaqda şırımlar açılıb.

Nəşr edilib : 22.04.2024 17:29