AZ EN RU

“21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” ilə əlaqədar tədbir keçirilmişdir

    Dünən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində 21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü ilə əlaqədar tədbir keçirilmişdir. 
    Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin dinamik inkişafına səbəb olmuşdur. Çıxışda muxtar respublikamızın geniş turizm potensialının düzgün təbliğində və turistlərə çatdırılmasında bələdçilərin üzərinə düşən mühüm vəzifələrdən bəhs olunmuşdur. 
    Qeyd edilmişdir ki, bələdçilərin peşə bacarıqlarının artırılması, inkişafı məqsədilə 29 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” adlı təlim təşkil olunmuşdur. Təlimin sonunda təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları təqdim edilmişdir. Bundan başqa ötən dövr ərzində turizm könüllüləri üçün “Peşəkar bələdçi” təliminin I, II və III modulları keçirilmişdir. Həmçinin “Turizm könüllüsü” layihəsində iştirak edən könüllülərin muxtar respublikada keçirilən festivallarda, buraya təşkil olunan info-turlarda və digər  mədəni-kütləvi tədbirlərdə bələdçi qismində iştirak etmələrinə şərait yaradılmışdır.
    Direktor çıxışının sonunda turizm bələdçilərini, eyni zamanda bütün turizm sektoru nümayəndələrini 21 Fevral - Beynəlxalq Turizm Bələdçilər Günü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
    Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma sektoru”nun müdiri Süleyman Rüstəmov çıxış etmiş, Dünya Turizm Bələdçilər Assosiasiyası Federasiyasının və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının üzvü Natiq Paşayev “Xan Sarayı” Dövlət Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində bələdçilik fəaliyyəti ilə bağlı praktik məşğələ ilə tədbiri davam etdirmişdir. 
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

    Naxçıvan Muxtar Respublikasının

Turizm Departamenti

Nəşr edilib : 21.02.2023 19:11