AZ EN RU

2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 674 milyon 380 min manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,1 faiz artaraq 1 437,6 manat olmuşdur.

***

2024-cü ilin yanvar-iyun aylarında muxtar respublikada 255 milyon  555 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələmişdir. Sənaye məhsulunun 229 milyon 94 min 200 manatı və ya 89,6 faizi malların, 26 milyon 461 min 600 manatı və ya 10,4 faizi isə xidmətlərin payına düşmüşdür.

***

Cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 75 milyon 536 min  manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 18,4 faiz azdır. Əsas kapitala vəsait qoyuluşunun 62 milyon 41 min 100 manatı və ya 82,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz azdır.

***

2024-cü ilin yanvar-iyun aylarında muxtar respublikada 132 milyon 165 min 500  manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 42 milyon 748 min 900 manatı bitkiçilik sahəsi üzrə, 89 milyon 416 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsulu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azdır.

***

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda  3 milyon 466 min 100 ton yük, 23 milyon 38 min 400 sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz, sərnişin daşınması isə 1,4 faiz artmışdır.

***

2024-cü ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 16 milyon 795 min 200  manat olmuşdur.

***

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 606 milyon 500 min 200 manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

***

2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 91 milyon 690 min  manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

                                                              ***

Cari ilin yanvar-may aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 766,7 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.

                                                    ***

1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469460 nəfər olmuşdur.

Nəşr edilib : 16.07.2024 10:26