AZ EN RU

2024-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 200 milyon 800 min 700 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 428,3 manat olmuşdur.

***

2024-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 91 milyon 684 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələmişdir.

***

Cari ilin yanvar-fevral aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 451 min 100 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 45,3 faiz azdır.

 ***

2024-cü ilin yanvar-fevral aylarında 15 milyon 601 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır.

***

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 1052,9 min ton, sərnişin daşınması 7256,9 min nəfər olmuşdur. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz, sərnişin daşınması isə 0,5 faiz artmışdır.

***

2024-cü ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 5 milyon 401 min 400  manat olmuşdur.

***

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 203 milyon 503 min 300 manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.

***

2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 29 milyon 389 min 300 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

                                                              ***

2024-cü ilin yanvar ayında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 742,3 manat olmuşdur ki, bu da 2023-ci ilin yanvar ayına nisbətən  18,5 faiz çoxdur.

                                                    ***

1 fevral 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2862 nəfər və ya 0,6 faiz artaraq 468753 nəfər olmuşdur.

Nəşr edilib : 29.03.2024 18:24