AZ EN RU

2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olmuşdur ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905,9 manat olmuşdur.

***

2024-cü ilin yanvar-aprel aylarında muxtar respublikada 171 milyon 191 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricini 10,9 faiz üstələmişdir.

***

Cari ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 495 min 400 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 27,3 faiz azdır. Əsas kapitala vəsait qoyuluşunun 29 milyon 427 min 500 manatı və ya 80,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz azdır.

 ***

2024-cü ilin yanvar-aprel aylarında 53 milyon 981 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azdır.

***

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada nəqliyyat sektorunda 2229,7 min ton yük, 14942,4 min sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması isə 1 faiz artmışdır.

***

2024-cü ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artaraq 11 milyon 458 min 700  manat olmuşdur.

***

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 403 milyon 819 min 700 manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

***

2024-cü ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 61 milyon 459 min 800 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

                                                              ***

2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 766,7 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur.

                                                    ***

1 aprel 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2780 nəfər və ya 0,6 faiz artaraq 469 061 nəfər olmuşdur.

Nəşr edilib : 14.05.2024 12:10