AZ EN RU

2024-cü ildə Naxçıvan Regional DOST Mərkəzinin açılışı nəzərdə tutulur

Yanvarın 31-də 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib ki, 2024-cü ilin 1-ci yarısında Naxçıvan Regional DOST Mərkəzinin açılışı nəzərdə tutulur.
Nazir həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi məqsədilə Regional DOST Mərkəzinin filiallarının layihələndirmə işlərinə başlanıb. 2025-ci ildə həmin filialların mərhələli şəkildə açılışı planlaşdırılır.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.01.2024 17:25