AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyası Divanının 2024-cü il 12 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Müsavat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Tahir Əli oğlu Hüseynov

Hidayət Fehruz oğlu Allahverdi

Mayıl Vəli oğlu Vəliyev

Namik Yolu oğlu Niftili

Yusif Xudamədəd oğlu Qarayev

Natiq Ziyəddin oğlu İsrafilli

Əbülfət Abdulla oğlu Hüseynov

Balabba Qədir oğlu Allahnəzərov

Mirbaba Mircavad oğlu Babayev

Əli Nəsir oğlu Qasımov

Yusif Namaz oğlu.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Oqtay Qəmbər oğlu Zeynalov

Fərman Həmid oğlu Həmidov

Elşad Raqif oğlu Əsgərov

Feyruz İsmayıl oğlu İsmayılov

Əhliyar Ramazan oğlu Məhərrəmov

Malik Əli oğlu Həsənov

Azər Telman oğlu Şükürov.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Nəşr edilib : 15.07.2024 20:33