AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Nicat Pənah oğlu Qədirli

Akif Tofiq oğlu Qəmbərov

Mösüm Cabar oğlu Mahmudov

Yusif Hüseyn oğlu Süleymanov

Yaşar Rəşid oğlu Kələntərov

Vaqif Şirin oğlu Abışov

Amil Faiq oğlu İsmayılzadə.

 

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

İlqar Əlixan oğlu Məmmədxanov

Etiram Etibar oğlu Nəsirli

Seynur Soltan oğlu İsmayılov

Baxçalı İlham oğlu Əliyev

İsmayıl Samir oğlu Cəfərov

Sahib Tofiq oğlu Həşimov.

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

Nəşr edilib : 09.07.2024 22:51