AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Azərbaycan Partiyası Siyasi Şurasının 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Vüqar Cavad oğlu Qasımov

İlham Müseyib oğlu Bəkirli

Fikrət İlyas oğlu Cəfərov

Ramiz Şərif oğlu Mahmudov

Elçin Dursun oğlu Nəbiyev

Ələkbər Ağabəy oğlu Həziyev

Tofiq Haqverdi oğlu İmanov

Aydın Əlirza oğlu Mirzəyev

Anar Həsən oğlu Musayev

İlqar Abdurahman oğlu İbrahimov

Səfa Sevdagər oğlu Əzimov

Pərvin Çingiz oğlu Həsənov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Azad Məmməd oğlu Məmmədov

Valeh Bəylər oğlu Sadıqov

Ziya Əjdər oğlu Ələkbərov

Hikmət Məmmədəli oğlu Əliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr               Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

Nəşr edilib : 09.07.2024 22:55