2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin 2024-cü il 2 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Xalq Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Pənah Çodar oğlu Hüseyn
Qiyas Böyükağa oğlu Sadıqov
Məzahir İsrayıl oğlu İsrayılov
Kənan Zaman oğlu Əsgərli
Mübariz Qədir oğlu İsmayılov
Günay Pənah qızı Hüseyn
Hüseyn Mehralı oğlu Behbudov
Vaqif İlyas oğlu Allahverdi
Mirsəmid Mirelyas oğlu Həmzəyev
Mircəlal Mirsəmid oğlu Həmzəyev
Əltoğrul Adil oğlu Hüseyn
Aynur Vidadi qızı Hüseyn
Namik Məmmədağa oğlu Nəsirli
Nazim Məmmədağa oğlu Nəsirov
Novruz Misir oğlu Quluzadə
Xanoğlan Soltan oğlu Qulu
Əvəz Bəbirxan oğlu Temirxan
Məhəmməd Novruz oğlu Quluzadə.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Rais Əlikiram oğlu Atakişiyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov