AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Rəşad Aydın oğlu Bayramov

Yəhya Məhəmmədəli oğlu Həsənov

Elşən Mansur oğlu Mustafayev

Çingiz İmris oğlu Şahbazi

Məmmədəli Talıb oğlu Səfərov

Tapdıq Həsən oğlu Həsənov

Fəridə Həmdulla qızı Qurbanova

Sərxan Bəhmən oğlu Xanəlizadə

Xəqani Müslüm oğlu Cəfərov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Afsəddin Qinyaz oğlu Nəbiyev

Məmməd Əsəd oğlu Qələndərli.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                 Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov

Nəşr edilib : 09.07.2024 22:53