AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Demokrat Partiyası Ali Məclisinin 2024-cü il 4 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Həsrət Qurbanəli oğlu Rüstəmov

Taliyət Məhəmməd oğlu Əliyev

Nurəddin Mənsim oğlu İsmayılov

Nazilə Cahangir qızı Soltanova

Zakir Hüseyn oğlu Hüseynov

Cəsur Tofiq oğlu Məmmədov

Kamran Yaşar oğlu Nəsirli

Murad Salədin oğlu Kərimov

Nizami Kamil oğlu Məmmədzadə

Nizami Sabir oğlu Məmmədov

Nəvayi Nəcəf oğlu Quliyev

Səidə Bahadur qızı Hüseynova

Cəsur Mehralı oğlu Dünyamalıyev

Ramiz Şirzad oğlu Məmmədov

Teymur Qara oğlu Məmmədov

Əlirza Xudaverdi oğlu Tağıyev

Xaliddin Baloğlan oğlu Cahangirov

Musa Əhməd oğlu Əhmədov

İsmayıl Kərəm oğlu Əsgərov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Daşqın Ağarza oğlu Nuriyev.

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                    Məzahir Pənahov

Katib                   Arifə Muxtarova

Katib                   Mikayıl Rəhimov

Nəşr edilib : 09.07.2024 22:47