AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyası İdarə Heyətinin 2024-cü il 1 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Ağ Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Fərid İlham oğlu Əhmədli

Azər Səfər oğlu Ələkbərov

Hüseyn Allahverdi oğlu Qasımov

Rəşad Sərdar oğlu Kazımov

Elməddin Məzahir oğlu Əhmədov

Mais Babulla oğlu Məmiyev

Emin İspər oğlu Babayev

Eldar Balakərim oğlu Həsənli.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Araz Mahir oğlu Teymurov

Mətləb Məhərrəm oğlu Aslanov

Ariz Xudaverdi oğlu Zeynalov

Rüfət İbrahim oğlu Hacıbəyli

Cəlil İsa oğlu Abbasov

İlhamə Paşa qızı Aslanova

Kamran Hakim oğlu Məmmədov

Ceyhun Sulduz oğlu Rzayev

Ağaəli Böyükağa oğlu Manafov

Nəsimi Hüseyn oğlu Hüseynov

Səbuhi Əlixan oğlu Babayev

Malvina Adilovna Amirova

Mahmud Nəsrəddin Məmmədli

Sərvan İlham oğlu Məmmədov

Nəcəf Qardaş oğlu Nəcəfov

Pərviz Hacbala oğlu Əliosmanov

Şahin Cəfər oğlu Abdullayev

Zabit Mürşüd oğlu Hacıyev

İmran Zakir oğlu Məmmədov

Elşən Misir oğlu Qafarov

İbrahim Rəhim oğlu Hacıyev

Vüsal Balacan oğlu Quliyev

Təranə Yusif qızı Əskərova

Vüsal Şövkət oğlu Əliyev

Səxavət Ədalət oğlu Rəhimov.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr            Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Nəşr edilib : 12.07.2024 20:58