AZ EN RU

2023-cü ildə mərkəzdə ilk dəfə “Yay düşərgəsi” təşkil olunub

Ötən il iyunun 22-də aztəminatlı ailələrdən olan 10-12 yaşlı uşaqlar üçün STEAM Təlim-Tədris Mərkəzində ilk dəfə “Yay düşərgəsi” təşkil olunub. Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda qeyd edilir.

Məlumata o da bildirilir ki, həmin düşərgədə 20-si oğlan, 20-si qız olmaqla, ümumilikdə 40 şagirdə “Dünyanın rəqəmsallaşması”, “Gələcəyin peşələri”, “Yeni texnologiyalar ilə masterklass-robotexnika, 3D printer” mövzularında maarifləndirici seminarlar keçirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 17:24