AZ EN RU

2023-cü ildə 39 interaktiv, 933 saat nümunəvi dərs keçilib

Ötən il Naxçıvanın ümumtəhsil məktəblərində nümunəvi və interaktiv dərslərin keçilməsi davam etdirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə 2023-cü ildə elm, ali və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində 933 saat nümunəvi dərs tədris olunub.  Fövqəladə Hallar Nazirliyi ilə 1, İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseylə 1, “STEAM Tədris Mərkəzi” ilə 6, AMEA Naxçıvan Bölməsi ilə 1, Şahmat Mərkəzi ilə 21, muzeylərlə 9 olmaqla, ümumilikdə  39 interaktiv dərs keçilib. Bunlarla yanaşı hesabat dövründə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə muzeylərdə ümumilikdə 58 saat açıq dərs tədris olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 16:24