AZ EN RU

2023-cü il ərzində Naxçıvan polisi tərəfindən 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı götürülüb

Naxçıvan MR DİN-in mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü il ərzində Naxçıvan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində ümumilikdə 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı götürülmüşdür. 

Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. 

Azərbaycan Respublikası Daxili İşlər nazirinin qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı çağırışını bir daha vətəndaşların nəzərinə çatdırır, odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edirik.

Nəşr edilib : 19.01.2024 19:30