AZ EN RU

2022-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

    Muxtar respublikada 2022-ci ilin yanvar ayında 180 milyon 315 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
    Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 389,4 manat olmuşdur.

***

    Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 97 milyon 916 min 700 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
***
    Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 859 min 900 manat vəsait yönəldilmişdir. Bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 35 milyon 204 min 200 manatı və ya 93 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

***

    2022-ci ilin yanvar ayında 9 milyon 483 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 2339 ton, süd istehsalı 2121 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz, süd istehsalı isə 1,3 faiz artmışdır.

***

    2022-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 553 min 400 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 272 min 900 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.

***

    Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 milyon 308 min 200 manat məbləğində kreditlər verilmişdir. Bu, bir il öncəki göstəricidən 71,7 faiz çoxdur. Verilmiş kreditlərin 1 milyon 722 min 500 manatı və yaxud 8,9 faizi qısamüddətli, 17 milyon 585 min 700 manatı və yaxud 91,1 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

    Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

***

    2021-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 553,6 manata çatdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 3,3 faiz çoxdur.

***

    1 yanvar 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1430 nəfər artaraq 462 min 960 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 23.02.2022 18:28