AZ EN RU

20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş "Qəhrəmanlar ölməzdir" mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Şəhər 2 nömrəli və 3  nömrəli mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş "Qəhrəmanlar ölməzdir" mövzusunda tədbir keçirilib.
 Tədbirdən öncə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Şəfəq Qurbanova, 3 nömrəli Mədəniyyət Evinin mədəni təşkilatçısı Jalə İbrahimova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şəhid ailələri və qazilərin çıxışları dinlənilib. Çıxış edənlər torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi və qəhraman şəhidlərimizin qanının yerdə qalmadığını qeyd ediblər.
Tədbirin bədii hissəsində isə Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Evlərinin dərnək üzvlərinin hazırladıqları kompozisiya təqdim edilib, Şəhidlərə həsr olunmuş şeirlərin bədii qiraəti olub.
Tədbir "Vətən müharibəsi 2020" videoçarxının nümayişi ilə başa çatıb.

Nəşr edilib : 20.01.2024 11:10