AZ EN RU

20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar Babək rayon şəhidlər memorial-abidə kompleksi ziyarət olunub

Yanvarın 20-də Babək Rayon İcra Hakimiyyətinin idarə, müəssisə və təşkilatlarının, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Babək şəhərinin mərkəzində yerləşən şəhidlər memorial-abidə kompleksinin qarşısına gül dəstələri qoyublar. Anım tədbirinin iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün qorunması, xalqımızın azadlığı, müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad ediblər, onların ruhlarına ehtiramlarını bildiriblər.

1990-cı ilin 20 yanvar tarixində baş verən qanlı hadisədə şəhid olan soydaşlarımız azadlıq və müstəqillik amalının toxumlarını milli şüurumuza əkdilər. Onlar bu hadisə ilə adlarını tarixə əbədi həkk etdilər.

Qəhrəmanlıq tarixinin davamı olan 2-ci Qarabağ müharibəsində Babək rayonundan olan hərbi qulluqçular böyük şücaət və igidlik göstəriblər. Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi  daim yaşayacaq, əbədi qalacaqdır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlığına, müstəqilliyinə qovuşdu.  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bülbül QULİYEVA

Nəşr edilib : 20.01.2024 11:55