AZ EN RU

“20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasında “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev – uşaqları sonsuz məhəbbətlə sevən Lider” adlı tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Şəhidlərin Memorial Abidə Kompleksi ziyarət edilib, gül dəstələri qoyulub. Sonra rayon Mədəniyyət Sarayında Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısının müavini Səbinə Abbasova, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə, Babək Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin Rəisi Polis baş leytenantı Asim İsmayılov, Babək şəhər 1 nömrəli  tam orta məktəbin şagirdi Qulu Fətullayev  və Babək Rayon Uşaq  Musiqi Məktəbinin şagirdi Fatimə Hümbətova mövzu ətrafında çıxış edərək bildiriblər ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulubdur. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir. Ümumilli Lider Heydər Əliyevin uşaq hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti bugün ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərini   həlli istiqamətində onlarla dövlət proqramı və böyük lahiyələr həyata keçirilir. 2004-cü il 13 yanvar tarixdə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiyaya qoşulma barəsində”,  2005-ci il 24 may tarixdə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir ki, bu sahədə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılıbdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi uşaqların  vəziyyətinin  yaxşılaşdırılması, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir mərhələ açdı.

Tədbir uşaq musiq kollektivlərinin ifasında bədii qiraət, mahnı və rəqs nümunələrinin ifası ilə davam etdirilib.

Sonda "20 Noyabr  Ümumdünya Uşaq Hüquqları Günü" münasibətilə təşkil olunmuş sərgiyə baxış olub.

Nəşr edilib : 20.11.2023 19:30