AZ EN RU

2 məktəblimiz Ölkə Qış birinciliyinin ilk günündə qızıl medal qazanıb

Sədərək kənd 1 nömrəli tam orta məktəbin IX sinif  şagirdi Aysu Abbasova və  Ordubad şəhər 3 nömrəli tam orta məktəbin VII sinif  şagirdi Namiq Babayev  atletika üzrə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında paytaxt Bakı şəhərində  keçirilən Ölkə  Qış  birinciliyində 1500 metr məsafəyə  qaçış  üzrə  qalib olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin ikinci günündə  Aysu Abbasova 4 min metr, Namiq Babayev isə 800 metr məsafə üzrə yarışlarını davam etdirəcəklər.
Hər iki idmançımızı   təbrik edir, növbəti  yarışda uğurlar arzulayırıq!

Nəşr edilib : 09.02.2024 22:48