AZ EN RU

2 Fevral həm də Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

Su quşlarının yaşayış yeri olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaq məqsədilə dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd edilir.
Könüllü gənclərin iştirak etdiyi bu əlamətdar gündə gənclər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi (birdwatching) turizminin inkişafı barədə məlumatlandırılıb, daha sonra unikal və yaddaqalan mənzərələr yaradan su-bataqlıq quşları müşahidə edilib.

Nəşr edilib : 02.02.2024 16:10