AZ EN RU

“2 Fevral – Azərbaycan Gənclər Günü” qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə tələbələrin 2022-2023-cü tədris ilində qazandığı uğur və nailiyyətləri əks etdirən sərgiyə baxış olub, gənclərin tədris prosesində və asudə vaxtlarındakı fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qeyd edib ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Diqqətə çatdırılıb ki, 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir və bu siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. “Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi olub” deyən Elbrus İsayev bütün Azərbaycan gəncliyini bu əlamətdar gün münasibətilə təbrik edib.

Universitetin İdman klubunun sədri Məmmədəli Rəhimov çıxışı zamanı tələbələrin idman sahəsindəki uğurlarından söz açıb. “Gənclər təşkil olunan yarış və məşğələlərə cəlb olunur, bütün bunlar gənclər arasında idmanı təbliğ etmək, “sağlam bədəndə sağlam ruh olar” devizi altında onları marifləndirmək məqsədi daşıyır” deyə qeyd edilib. Məmmədəli Rəhimov tələbələrin respublikada, beynəlxalq arenada universiteti və ölkəmizi layiqincə təmsil etdiklərini diqqətə çatdırıb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov cari tədris ilində gənclərin təşkilatçılığı ilə baş tutan tədbirlər, keçirilən intellektual yarışlar, olimpiadalar haqqında iştirakçıları məlumatlandırıb, tələbələri Gənclər Günü münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədova Ən yaxşı fakültə tələbə təşkilatı” nominasiyası üzrə plaket təqdim edilib.

Məmmədbağır Dünyamalıyev

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

 əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 31.01.2023 15:02