AZ EN RU

1500-dən artıq ev təsərrüfatı sabit şəbəkə telefon xətti ilə təmin olunub

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə 2023-cü ildə artan tələbat fonunda əhalinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xok kəndində müasir avadanlıqlar quraşdırılıb və paylayıcı şəbəkə yenilənib.

O da qeyd olunub ki, bu layihələrin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına Nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib.

Nəşr edilib : 13.01.2024 17:24