AZ EN RU

“15 İyun Qurtuluş Günü”nə həsr olunan tədbir keçirilib

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində şəxsi heyətin iştirakı ilə “Azərbaycanın Naxçıvandan başlayan müstəqillik tarixi” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Tədbirdə Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək bildirib ki, 15 iyun tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Məhz Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan ölkə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın gələcəyinin daha işıqlı və firavan göründüyünü qeyd edib.

Sonra Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edərək Heydər Əliyevin 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanması üçün gördüyü misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə, demikratik prinsiplərə əsaslanan idarəetmə sistemi yaradılıb.

Tədbirin sonunda  əməkdaşlar ulu öndər Heydər Əliyevə həsr olunan “Azərbaycanın taleyini dəyişən-Zəfər tarixi” videoçarxa baxıblar.

Naçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2023 10:26