AZ EN RU

15 fevral tarixində muxtar respublikada “Bakcell” və “Nar”mobil operatorlarının texniki xətlərinin fəaliyyətində fasilələr yaranmışdır - FOTOLAR

Əliabad qəsəbəsinin kənd təsərrüffatı təyinatlı torpaq sahəsində yerləşən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə məxsus Nasos Stansiyası yaxınlığından keçənalternativ fiber-optik magistralında SM-48 lifli optik kabelin su kanalı üzərindən dəmir borunun içərisindən keçən hissəsində texniki nasazlıq yaranmışdır.
Texniki nasazlıqla əlaqədar muxtar respublikanın bir sıra yerlərində o cümlədən“Bakcell” və “Nar” mobil operatorlarının fəaliyyətində fasilələr yaranmışdır.
 Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən su kanalının hər iki tərəfində təmir-bərpa işləri aparılmış, 4 ədəd dəmir dirək basdırılmış, 329 metr məsafədə yeraltı fiber-optik kabellər hava xətlərinə köçürülmüş, SM-48 tipli 4 ədəd optik mufta vurulmuşvə digər zəruri tədbirlər görülməklə texniki nasazlıq aradan qaldırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2023 18:56