AZ EN RU

104 yaşlı naxçıvanlı seçici səs verib

Naxçıvan Muxtar Respublikasının ən yaşlı seçicisi, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 104 yaşlı Hüseynəliyeva Şərəf Muxtar qızı prezident seçkilərində səs verib.

“Şərq qapısı” xəbər verir ki, 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində seçicilər siyahısında olan Şərəf Hüseynəliyeva əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkisində də iştirak etmək arzusunda olub. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. 1920-ci il təvəllüdlü Ş.Hüseynəliyevanın müraciəti nəzərə alınaraq səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. 104 yaşlı seçici qızının köməyi ilə bülleteni dolduraraq istədiyi namizədə səs verib.

Nəşr edilib : 07.02.2024 14:12