AZ EN RU

101 nəfər Vətən müharibəsi qazisinə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından növbəti qayğı

Fevralın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramovu və Birliyin bir neçə üzvünü qəbul edib. 
Görüş zamanı Şura sədri  bildirib ki, bu gün dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biri torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparmış qazilərin  qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. 
Görüşdə AHİK sədrinin müavini qeyd edib ki, bu cür tədbirlərin davamı kimi Şuranın maddi dəstəyi ilə 28-29 fevral və 5-6 mart tarixlərində “Naxçıvan Qaziləri” İctimai Birliyinin ümumilikdə 101 üzvünün Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil ediləcək.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov və qazilər diqqətə görə minnətdarlıq ediblər.

Nəşr edilib : 22.02.2024 18:08