AZ EN RU

100 illik yubileylə bağlı birincilik

Naxçıvan  Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin oğlanlardan ibarət şahmat komandaları arasında birincilik keçirilib. Yarışın keçirilməsində əsas məqsəd muxtar respublikanın 100 illik yubileyinin qeyd edilməsi və məktəbli şahmatçıların ustalıq dərəcələrinin artırılmasından ibarət olub. Açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov və Təhsil Şöbəsinin əməkdaşı Səfər Tağıyev çıxış edərək tədbirin keçirilmə məqsədi haqqında komandalara geniş məlumat verib və onlara uğurlar arzulayıblar. Birincilikdə 16 ümumtəhsil məktəbin komandası, hər komandada isə 6 oğlan olmaqla ümumilikdə 96 nəfər iştirak edib. Yekuna əsasən, Heydər Əliyev adına tam orta məktəbin komandası I, 8 nömrəli tam orta məktəbin komandası II, 7 və 17 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüb. Qeyd edək ki, birincilikdə 9 yaşlılar arasında Avropa birincisi Yasin Əzimov, 13 yaşlılar arasında Avropa ikincisi Mirsaleh Seyidli də iştirak edib. Sonda qalib komanda və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.
Birincilik 13 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Nəşr edilib : 13.02.2024 18:13