AZ EN RU

100 illik muxtariyyətin 103 yaşlı qocamanı

“Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.  Qəzet haqqında bu fikirlər hələ 34 il əvvəl 1990-cı il 26 iyul tarixdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda “Şərq qapısı” qəzetinə verdiyi ilk müsahibəsində səslənib. 
1921-ci ildən fəaliyyət göstərən bu qocaman  mətbu orqanı ölkəmizin bütün tarixi hadisələrini öyrənmək üçün ən mötəbər mənbədir.
103 ildir ki, fəaliyyət göstərən qəzet muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verib.
Ulu Öndərin siyasi irsinin layiqli davamçısı, dövlət başçımızın bu günlərdə imzaladığı Qanunla “Media haqqında” Qanunda dəyişikliyin edilməsi isə “Şərq qapısı” qəzetinə göstərilən diqqət və qayğının əyani nümunəsidir.
Cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında dövlətə, dövlətçilik ənənələrinə sadiq qalan “Şərq qapısı” qəzeti bu gün də yorulmaz fəaliyyətini davam etdirir. 
Bu çətin və şərəfli yolda həmkarlarımıza uğurlar arzu edirik.

Anar Tağıyev 
Naxçıvan Televiziyasının baş redaktoru

Nəşr edilib : 02.05.2024 19:54