AZ EN RU

“100 il yaşa” aksiyasına start verilib

Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən  Naxçıvan Muxtar Respublikasının, həmçinin muxtar respublikanın Səhiyyə Nazirliyinin yaradılmasının 100 illiyinə həsr olunan “100 il yaşa” aksiyasına start verilib.

Aksiya çərçivəsində keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə muxtar respublika ərazisində kütləvi-profilaktik tibbi müayinə aksiyası təşkil olunacaq. Bu məqsədlə tərkibində terapevt, kardioloq, nevroloq, ginekoloq, pediatr, laborant, tibb bacısı və qrup rəhbəri olmaqla, 184 səhiyyə işçisi və 16 təcili tibbi yardım maşını aksiyaya cəlb edilib. Hər biri 8 nəfərdən ibarət 23 həkim qrupu tərəfindən yanvar ayı ərzində bu gündən başlayaraq 15 gün müddətində muxtar respublikanın bütün bölgələrində vətəndaşların ümumi qan analizləri, USM və EKQ müayinələri də daxil olmaqla kütləvi müayinələr aparılacaq. Müayinələrlə yanaşı, qrup rəhbərləri tərəfindən vətəndaş müraciətləri də qeydə alınacaq. Aksiyaya muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində start verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.01.2024 12:28