AZ EN RU

"100 il yaşa" aksiyası davam edir

Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100-cü ildönümündə keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə muxtar respublika ərazisində dünəndən başlayan “100 il yaşa” adlı kütləvi-profilaktik tibbi müayinə aksiyası davam edir. Aksiyanın ilk günündə, ümumilikdə 945 nəfər həkim müayinəsindən, 220 nəfər USM müayinəsindən keçib. 197 nəfərdən ümumi qan analizi üçün nümunələr alınıb, 148 nəfər vətəndaşın isə Səhiyyə Nazirliyinə müraciəti qeydə alınıb.

Nəşr edilib : 16.01.2024 15:00